Şirvan və Hacıqabul sakinləri itkin düşüb – FOTO

143

Şirvan və Hacıqabul sakinləri itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan SosialMedia.az-a verilən məlumata görə, Şirvan şəhər sakini Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan əlavə, Hacıqabul rayon sakini Əslanə Ablıyeva da itkin düşüb. O, oktyabrın 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.İtkin düşmüş şəxslər barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.