Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib

172

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Səbail RPİ-yə müraciət edən əcnəbi vətəndaş B.Yetimov 2017-ci ilin yanvar ayında bir nəfərin onu aldadaraq 5100 manatını aldığını bildirib.

8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Cəfərov müəyyən edilərək saxlanılıb.