Qorxmaz İbrahimli 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mübarizəyə qoşuldu

318

SosialMedia.az xəbər verir ki, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin namizədliyi 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən qeydə alınıb.
QHT sədri bu barədə sosial şəbəkədə məlumat yayıb:
“Hər vaxtımız xeyir, sevimli dostlar. Qatıldığımız Parlament seçkiləri yarışmasına 10 saylı Binəqədi üçüncü Seçki Dairəsində çalışmalarımız sürməkdədir. Daha bir mərhələni geridə qoyaraq, son fazaya keçdik. Bu gün namizəd vəsiqəsini alaraq seçki kampaniyasının ən gur, fəal, seçici ilə sıx görüşlər və s. işlərimizə start veriləcək günü böyük sevgi və həyəcanla gözləyirik. Vəsiqəmin nömrəsi “5”,-yəni “əla” işarəsini assosasiya edir. İnanıram ki, qutulardan da əla məticə ilə çıxaraq sizləri sevinditərəm.

İnşallah sevimli silahdaşlarımız və könüllülərimizin başarılı çalışmaları ilə əziz seçicilərimizin könüllərini fəth edərik. Öncəliyimizin seçici aktivliyinin yüksək olması çağırışlarımızda bir də seçki günü seçicilərin sona qədər namizədlərini dəstəkləmələrini təmənnə edirəm.
Ölkəmiz və millətimiz üçün baş ucalığı gətirəcək bir seçki keçiriləcəyinə inanırıq.
Əmin-amanlı, böyük dövlətçilik enerjili bir seçim dövrü diləyirəm.
Seçkidə kimə səs verməmizdən daha önəmli hər kəsin iştirakıdır.
Seçkiyə qatılmış dəyərli namizədlərə uğur diləyirəm.”