MDB PA-nın müşahidəçisi: “Hər hansı qanun pozuntusu aşkar etməmişik”

225

“Səsvermə prosesində hər hansı qanun pozuntusu aşkar etməmişik”.

SosialMedia.az-ın xəbərinə görə, bunu MDB Parlament Assambleyasının Qazaxıstandan olan müşahidəçisi Erlan Aklassov deyib.

“Biz indiyə kimi 20 saylı Nərimanov II Seçki Dairəsində 14 seçki məntəqəsində səsvermə prosesini izləmişik. Məntəqələrdə səmimi ab-hava çox xoşumuza gəldi”, – deyə E. Aklassov vurğulayıb.