Bakıda canavar dişləyən adamdan YENİ XƏBƏR

165

Bakıda canavar hücumuna məruz qalan şəxs xəstəxanadan evə buraxılıb.

TƏBİB-dən SosialMedia.az-ın verilən məlumata görə, xəstəyə lazım olan tibbi xidmət göstərilib: “Sabunçu rayonunda canavar hücumuna məruz qaldığı ehtimal olunan zərərçəkən ötən aşxam təcili yardımla 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həmin adama it, yoxsa canavarın hücum etdiyi dəqiq bilinməyib.

Zərərçəkənə lazım olan tibbi xidmət göstərilib. Vaksini vurulub. Tövsiyə olunub ki, bundan sonra vurulacaq vaksinlərini qeydiyyatda olduğu ünvanda yerləşən poliklinikada davam etdirisin. Artıq səhər saatlarınd vətəndaş evinə buraxılıb”.

Qeyd edək ki, Report.az-da gedən məlumata görə, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal adlı şəxs canavarın hücumuna məruz qalıb. Yırtıcı ona xəsarət yetirib