İranda koronavirusa yoluxanların sayı 593-ə çatıb

143

İranda koronavirusa yoluxanların sayı son sutka ərzində 200 nəfər artaraq 593 nəfərə çatıb.

SosialMedia.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə naziri Kianuş Cahanpur ölənlərin isə 43 nəfər olduğunu deyib.

O, ən azı 123 nəfərin sağaldığını qeyd edib.

Fevralın 19-dan bəri 388 koronavirusa yoluxma halı aşkarlanıb.