İqbal Ağazadədən ÇAĞIRIŞ: “Hamımız bir məqsədə xidmət etməliyik”

159

Ümid Partiyasının sədri İqbal Ağazadə hökumətə, müxalifətə və xalqa çağırış edib.

Partiyanın mətbuat xidmətindən SosialMedia.az-a  daxil olan məlumata görə, İ.Ağazadə deyib:

“Biz hamımız azərbaycanlıyıq, ola bilsin ki, ölkənin gələcəyinə fərqli baxırıq, fərqli görürük. Amma inanmıram ki, kimsə Azərbaycan xalqına münasibətdə düşmən mövqeyi sərgiləsin. Təkcə Azərbaycan yox, dünya üçün təhlükə olan koronavirusdan birlikdə xilas olmalıyıq. Əgər söhbət Azərbaycan xalqının taleyindən gedirsə, partiya mövqeyimizdən asılı olmayaraq, hamımız bir məqsədə xidmət etməliyik. Biz də Ümid Partiyası olaraq xüsusi təkliflər hazırlamışıq və bu istiqamətdə hökumətin addımlarını təqdir etməklə yanaşı, əməkdaşlığa hazırıq”.

Ətraflı linkdə: https://www.facebook.com/iqbalagazade17/videos/196994868261200/?epa=SEARCH_BOX