Sumqayıtda evdə qal,sağlam qal, təhsildən qalma aksiyası təşkil olundu

468

Bu gün Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin kollektivi “Evdə qal,sağlam qal,təhsildən qalma!” adlı aksiyaya start verib. Bu barədə SosialMedia.az-a 23 nömrəli məktəbin direktoru Reyhan Yunisova məlumat verib. O, qeyd edib ki, koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması istiqamətində ictimai nəzarət, monitorinq və məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə ilk aksiyamızı 9 mikrarayon sakinləri üçün təşkil olunub. Məqsədimiz evdə qalan insanların günlük həyatına bir maraq qatmaq və uşaqları, yeniyetmələri təhsildən qalmamağa çağırmaqdır deyə vurğulayıb.

Çox maraqla qarşılanan bu aksiyaya eyvanlardan baxan insanlar da qoşulub. Sonda Evdə qal,sağlam qal, təhsildən qalma şüarı ilə aksiya sona çatdırılıb.

Sumqayıt şəhər 23 saylı orta məktəbin kollektivi gözəl bir aksiyaya imza atıb. Bir Sumqayıtlı kimi öz adımdan 23 saylı məktəbin direktoru Reyhan Yunisovaya və bütün kollektivinə təşəkkür edirəm.

Sabina Kerimova paylaştı: 11 Nisan 2020 Cumartesi