Çin Sumqayıta tibbi humanitar yardım göndərdi – FOTOLAR

163
Çin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib.
 
SosialMedia.az xəbər verir ki, humanitar yardıma xüsusi qoruyucu vasitələr daxilir.
Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.
Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.
Humanitar yarımın qəbulu zamanı çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov bildirib ki, fevral ayında Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilib. Humanitar yardıma görə Mienyen sakinləri və şəhər rəhbərliyi Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu da ünvanlamışdı.
Millət vəkili Müşfiq Məmmədli isə vurğulayıb ki, Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb.  M. Məmmədli dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadının ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açdlğını diqqətə çatdırıb.
Millət vəkili qeyd edib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünya üçün modeldir: “Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın atdığı addımların dünya ölkələri üçün örnək olduğunu göstərib”.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova isə qeyd edib ki, Sumqayıt şəhərindəki xəstəxanalarda əhaliyə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün hər cür şərait mövcuddur