Xətai İH könüllü qanvermə aksiyasına qoşuldu

204

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə keçirilən könüllü qanvermə aksiyasına Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri də qoşulublar.

Sosialmedia.az əbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.