Nazir: “Şagirdlərin yekun qiyməti I yarımilin nəticəsi əsasında çıxarılacaq”

579

“2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmur”.

 SosialMedia.azın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Bunun üçün I yarımili üçün nəticələri əsas götürüləcək. Onun əsasında şagirdlərin yekun qiyməti çıxarılacaq və onlar növbəti sinfə keçiriləcək.