Lisey və gimnaziyaların 5-9-cu sinfinə qəbul bu il avqustun ikinci yarısında olacaq

175

“Bakıda və regionlarda istedadlı şagirdlər üçün lisey və gimnaziyaların 5-9-cu sinfinə qəbul bu il avqustun ikinci yarısında olacaq”.

SosialMedia.azın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

O deyib ki, Respublika fənn olimpiadasının ilkin mərhələsi yanvar-fevral aylarında  keçirilib: “Üçüncü final mərhələsi martın sonunda nəzərdə tutulurdu. finalda iştirak üçün 589 şagird hüquq qazanıb. 8 fənn üzrə final mərhələsi iyunun birinci yarısında planlaşdırılır”.