Koronavirusdan xaricdə ölən Türkiyə vətəndaşlarının sayı AÇIQLANDI

144

Xarici ölkələrdə 507 Türkiyə vətəndaşı yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

SosialMedia.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, vəfat edənlərdən 400-dən çoxunun cənazəsi Türkiyəyə gətirilib.