Rusiyadan “Əsəd gedəcək” deyənlərə cavab

184

Bu gün Bəşər Əsədin alternativi yoxdur.

Sosialmedia.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Dmitri Sablin deyib.

O bildirib ki, Əsədin yaxın zamanda postundan gedəcəyi ilə bağlı mülahizələr həddən artıq şişirdilib.

“Hərbi uğurlarla yanaşı, ölkə iqtisadiyyatının canlandığını və korrupsiya ilə mübarizənin gücləndiyini görürük. 2011-ci ildən bəri Əsədin getməsinin lazım olduğu barədə fikirlər səsləndirilir. Əsəd ən ağır milli problemləri həll edir”, – deyə deputat bildirib.

Sablin, həmçinin əlavə edib ki, Suriya hakimiyyəti həm sadalanan fəaliyyətlərdə, həm də Konstitusiya Komitəsinin işinin gücləndirilməsində Rusiyaya tam etibar edə bilər.