Milli Məclis Aparatının iki əməkdaşında koronavirus aşkarlanıb

134

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SosialMedia.aza verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.