Milli Məclisin iki əməkdaşı koronavirusa yoluxdu

252

Azərbaycan Respublikasının Milli Məclisində COVİD-19 karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, testi pozitiv çıxan parlament əməkdaşları dərhal həkim nəzarətinə götürülüblər:

“Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.