Moskvada Qələbə paradı başladı

171

Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təşkil edilən hərbi parada start verilib.

Sosialmedia.az xəbər verir ki, paradı Rusiya Müdafiə naziri Sergey Şoyqu qəbul edib. Parada rəhbərlik isə Rusiya Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukova tapşırılıb.

Hərbi parada 14 min hərbçi, 234 tarixi və müasir hərbi texnika cəlb edilib.

Parada Rusiya ilə bərabər, 13 ölkənin hərbçiləri də qatılıb. Bunlar sırasında Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan hərbçiləri yer alıb.

Parada tamaşa etmək üçün Moskvaya Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiyadan nümayəndələr, eləcə də qondarma Cənubi Osetiya və Abxaziya liderləri gəlib.

Qeyd edək ki, Azərbaycanı hazırda paradda Müdafiə naziri Zakir Həsənov təmsil edir.