Almaniya ABŞ-a qarşı hərəkətə keçir

150

Almaniya hökuməti ABŞ-ın “Şimal Axını 2” layihəsi ilə bağlı təhdidlərini reallaşdırmasına qarşı tədbirlər hazırlayır.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Nəşr iki alman rəsmisinə istinadən qeyd edib ki, kansler Angela Merkel Vaşinqtonun layihəyə qarşı yeni sanksiya tətbiq edəcəyi halda Avropa İttifaqı (Aİ) ilə koordinasiyalı plan hazırlamağı düşünür.

Almaniya İqtisadiyyat Nazirliyi sənədlərdən birində qeyd edilib ki, ABŞ məhdudlaşdırma tədbirlərini genişləndirəcəyi təqdirdə Avropa, o cümlədən alman şirkətləri, banklar, dövlət komitələri, layihə ilə bu və ya digər formada əlaqəsi olanlar ciddi zərər görəcək.