Kəndin ortasında gəzişən şir sakinləri təşvişə saldı

162

Qazaxıstanın qərbində yerləşən Akşukur kəndinin sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Kənd sakinləri kənddə gəzişən şirin qorxusundan küçəyə çıxa bilmədiklərini deyiblər.

Sosialmedia.az xəbər verir ki, məlumat alındıqdan sonra dərhal kəndə yollanan mütəxəssislər şiri yaxalayaraq, nəzarət altına ala biliblər.