Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcək

144

Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcək. Bunu başa düşməliyik.

Sosialmedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, hələ qarşıda çox uzun bir yol var:

“Öyrəşmədiyimiz, bizim üçün çətin olan işləri görmək məcburiyyətində qalacağımız aylar var. Başqa bir qısa yolu yoxdur. Hər kəs sosial məsafəni qoruyub saxlasın, əllərini yusun, maska ​​taxsın.

Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmaslarınıza diqqət edin. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik”.