ATV-də koronaya yeni yoluxma

194

“Azad Azərbaycan” televiziyasının (ATV) əməkdaşları arasında COVİD-19 simptomları olan şəxslər var. Onlar da test verib və cavabı gözləyirlər.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında ATV-nin icraçı direktoru İsmayıl Həsənov deyib. O bildirib ki, virusun simptomları olan işçilər kanala buraxılmır:

“Testlərin cavabı yəqin ki, sabah günün sonuna kimi çıxar. Hazırda hansısa əməkdaşımızın virusa yoluxduğu təsdiqlənməyib”.

Qeyd edək ki, may ayında ATV-nin 6 əməkdaşının koronavirusa yoluxması barədə açıqlama verilmişdi.