İkinci S-400 alayının təhvili ilə bağlı danışıqlar davam etdirilir

163

İkinci S-400 alayının təhvili ilə bağlı danışıqlar davam etdirilir.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Moskvadakı səfiri Məhməd Samsar çıxış edib.

“Müdafiə sənayesindəki əməkdaşlıq bu çərçivədə əhəmiyyətli rol oynayır. İki dövlətin səlahiyyətli orqanları arasında danışıqlar davam edir”, – Samsar vurğulayıb.

M.Samsar hər iki ölkənin səlahiyyətlilərinin bu mövzuda spekulyasiyalara lazımi cavablar verdiyini söyləyib:

“Liderlər səviyyəsində ölkələrimiz arasındakı əməkdaşlığı davam etdirmək əzmindəyik. Bu baxımdan spekulyasiyadan asılı olmayaraq əməkdaşlığımızın konkret nəticələrinə diqqət yetirməyimiz daha yaxşı olar”.