Türkiyə-Misir müharibəsi başlayarsa

231

Türkiyə və Misir arasında mümkün müharibədə tərəflərin heç biri qalib gəlməz.

Sosialmedia.az xəbər verir ki, bu sözləri türkiyəli araşdırmaçı yazar Onur Sinan Misir parlamentinin qərarını şərh edərkən deyib.

O, Liviyada baş verəcək hər hansı provokasiya nəticəsində tərəflərin qarşıdurmaya gedəcəyini istisna etməyib:

“Misirlə sıx iqtisadi əlaqələri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyənin Şərqi Aralıqda fəaliyyətindən narahat olan Atlantik bloku Ankara-Qahirə danışıqlarını pozmaq üçün əlindən gələni edir. Vurğulamaq lazımdır ki, Türkiyə-Misir arasındakı istənilən savaşda qalib gələn tərəf olmayacaq. Buradan yalnız ABŞ-İsrail-Körfəz xətti qalib çıxar. Bu gün Fransanın da bu blokla yaxın əlaqələri var və əllərini ovuşduraraq Misir-Türkiyə qarşıdurmasını gözləyirlər”.

Qeyd edək ki, Misir parlamenti ordunun ölkənin hüdudlarından kənarda keçirilən əməliyyatlarda iştirakını təsdiqləyib. Bu qərarla Misirin Liviyaya ordu yeridəcəyi istisna edilmir.