“Xalq teatrı xalqımızın zəngin irsinin göstəricisidir “ layihəsi davam edir

191

Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai Birliyi,Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə Yevlax,Mingəçevir, Qazax və Bərdə ,Tovuz rayonlarında “Xalq teatrı xalqımızın zəngin irsinin göstəricisidir “ layihəsini uğurla davam etdirir.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Son zamanlarda Azərbaycanda xalq teatrlarının yaranmasına diqqət yetirilir. Artıq Respublikanın bir neçə bölgəsində xalq teatrları yaranıb və onlar fəaliyyət göstərir. Xalq teatrlarının fəaliyyətinə dəstək və fəaliyyəti ilə bağlı məlumatın daha çox yayılması üçün layihənin həyata keçirilməsi və insanların maarifləndirilməsi nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində Azərbaycanın bir neçə rayonlarında yerləşən xalq teatrları aktyor və rejissorları ilə fərdi görüşlər keçirildi,onların böyük maraqla çıxışı alqışa layiq qiymətləndirildi.

Layihə davam edir, layihə Pandemiya dövrünü əhatə etdiyi üçün həmin rayonlarda görüşlər uzun müddət aparıldı və onların təklifləri nəzərə alındı.