QHT sədri : Azərbaycan respublikasının prezidentinin tövsiyələrinə və ali qanunlarımıza riayət etmək hər bir Azərbaycan vətəndaşının borcudur

206

Bu günlərdə sosial mediyada yayılan və görüntülənən xəbərlərdə məlum olduğu kimi bəzi məmurlar, Prezident qərarına zidd addımlar ataraq müxtəlıf mərasimlər təşkil edərək, ciddi qayda pozuntusuna yol veriblər.

Bu ölkədə yaşayan hər bir vətəndaş, bu ölkənin qayda və qanunlarına əməl etməlidir. Məmurlar qaydalara əməl etmirlərsə o zaman sadə vətəndaşlardan nə gözləmək olar?!

COVİD-19 pandemiyası bütün dünyada tüğyan edən bir bəladır, bir müharibədir, gözə görünməz bir düşməndir. Bu elə bir qlobal bəladır ki, bu dünya iqtisadiyyatından tutmuş, dünyanın bütün vətəndaşlarına nüfuz edə bilir.

Bu bəladan Azərbaycan xalqını qorumaq üçün ölkə başçısı bir çox qərarlar verərək, digər ölkələrə nümunə oldu. Vətəndaşlarımız üçün qoyulan hər bir qanun , hamı üçün eyni olmalıdır. Qanun hamı üçün qanundur. Bu gün ölkə başçısı maska taxırsa, bu onun da vətəndaşlarla eyni qanuna əməl etməyinin nümunəsidir. Bu cür qaydaları pozan məmurlar ciddi cəzalanmalı, qanun qarşısında, vətəndaşlar qarşısında cavab verməlidirlər.

Çünki sadə vətəndaşlar qayda pozuntusu edərkən cərimələnir, xəbər portallarında, televiziya ekranlarında göstərilərək vətəndaş qınağına məruz qalırlar. Azərbaycan respublikasının prezidentinin tövsiyələrinə və ali qanunlarımıza riayət etmək hər bir Azərbaycan vətəndaşının borcudur !!!