Bərzani Ərdoğanla görüşə buna görə gəlib

174

Fransa Prezidenti Emmanuel Makronun İraqa səfərinin əsas səbəbi regionda Türkiyəyə qarşı kürdlərdən istifadə etmək idi. Məsələ ondadır ki, Nəçirvan Bərzani bir neçə il öncə başda Fransa olmaqla, Qərbin kürdlərə vəd verib müstəqillik referendumu zamanı onları tək qoymasını unutmayıb.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzaninin Türkiyəyə səfər etməsini şərh edərkən deyib.

O qeyd edib ki, Nəçirvan Bərzaninin Türkiyəyə səfərinin məqsədi başqadır:

“Əvvəlcə onu deyim ki, Bərzani Türkiyəyə 3 il sonra səfər edir. Bu səfəri maraqlı edən əsas səbəb isə Bərzaninin bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makronla görüşməsidir. Lakin düşünürəm ki, Bərzani və Ərdoğan arasında danışıqların mövzusu tamamilə fərqli olacaq.

Türkiyənin regionda varlığı həyati əhəmiyyət kəsb edir. Bunu İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani də yaxşı anlayır. Bərzani Ərdoğan ilə görüşü zamanı əsas müzakirə mövzusu Suriya və İraqda davam edən hərbi əməliyyatlar, İŞİD-in regionda yenidən aktivləşməsi və PKK/PYD/YPG ilə ortaq mübarizə olacaq”.

Qeyd edək ki, Bərzani ötən gün Türkiyəyə səfərə gəlib.