Sumqayıt sakinindən odlu silah götürülüb

158

Sumqayıt sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H. Z. Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Kərimovdan lüləsi, qundağı kəsilmiş ov tüfəngi və 3 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.