Beynəlxaq təşkilatlara Azərbaycan QHT-lərı müraciət etdi

361

9 aprel 2020-ci il tarixində, Azərbaycan Qeyri-Hökumət Təşkilatları, ehtiyatda olan zabitlər, Əfqanstan və Qarabağ müharibəsi veteranları iclas keçirdərək, Ermənistan silahlı qüvvələrinin 12,13,14,15 iyul və 27 sentyabr 2020-ci il tarixindən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif iri çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamasına etraz etmək və Qəhrəman Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyi hərbi əməliyatlar dəstəkləndi.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədir müavini, Əfqanstan və Qarabağ müharibəsi veteranları polkovnik Cəlil Xəlilov çıxış edərək xususi ilə qeyd etdi ki, Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Həlledici döyüşlərdə yüksək döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən azad edir. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, o cümlədən də qeyri-hökumət təşkilatları bu müqəddəs savaşın önündə gedən, vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir. Bu gün Ali Baş Komandanı CƏNAB Ilham Əliyevin son günlərdəki verdiyi qərarı və qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun əskər və zabitləri və eləcədə xalqımız arasında böyük ruh yuksəkliyinə gətirib çıxartmışdır.

“Vətən Uğrunda Hərakat” İctimai Birliyinin sədri Əfqanstan və Qarabağ müharibəsi veteranları ehtiyatda olan zabit Xudadad Xudiyev çıxış edərək bildirdilər ki, Sülh danışıqları hər iki tərəf üçün məqbul olmalıdır. Bunun üçündə Ermənistan ərazisindən 1988–ci ildə zorla qovulmuş azərbaycanlılara beynəlxaq hüququn və Ermənistan siyasi rəhbərliyinin Azərbaycanlıların Ermənistanda öz ata-baba yurdlarında yaşamaları üçün verdiyi imtiyazlar qədərdə Azərbaycan tərəfi ermənilərə həmin imtiyazları Azərbaycan ərazisində verə bilər.

Xudadad Xudiyev çıxışının sonunda, Azərbaycan xalğı olaraq, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın Dövlət müstəqilliyi və torpaqlarının bütövlüyünün qorunub saxlamaq uğrundda apardığı daxilii və xarici siyasətini və onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün verdiyi bütün qərarlarını dəstəkləərək hər zaman Ali Baş Komandanımızla həmyrək olaraq ordumuzun yanındayıq.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsi veteran Sərraf Orucov ATƏT-in Minsk qrupunun faliyətsizliyindən danşaraq bildirdiki, ATƏT-in Minsk qrupunun bu 30 illik səssizliyi və laqeydliyi, Azərbaycan xalğı arasında təkcə heyrətlə qarşılannmır, həmçinin ciddi narazılıq və suallar doğurur? Axı necə ola bilər ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərin tərk etməsi haqqında qəbul etdiyi məlum 4 qətnamələrini 30 ildir ki, yerinə yetirilməsinə və Ermənstan dövləti tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayət hadisələrinə göz yumursunuz? Ancaq, Azərbaycan dövlətinin 30 ildir işğal olmuş ərazilərini teroristlərdən təmizləməyə başladıqda Adları qeyd olunmuş beynəlxaq təkilatlar ona qarşı çıxaraq erməni təcavüzkarlarının məkirli siyasətinə dəstək verərək bununla bağlı həmrəylik nümayiş etdirirdilər. Məhz ATƏT-in susqunluğu və ATƏT-in Minsk qrupunun faliyətsizliyi Ermənistan dövləti tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağırlaşaraq müharibə həddinə gətirib çıxartmışdır.

“Dünya Ana və Uşaqları” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva şıxış edərək bildirdi ki, Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum 4 qətnamələrini yerinə yetirmədiyinə görə, Birləşmiş Millətlər Təşkilatı ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatları da bilavastə məsuliyyət daşıyır.

“Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev,”Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədir müavini Məcid Məmmədov, “Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Səmyar Abdullayev və başqa müharibə veteranları çıxış edərək bildirdilər ki, biz torpağımızın sahibiyik, onun uğrunda ölməyə də, öldürməyə də qadirik! Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik! Allah qəhrəman Ordumuzu qorusun və daim qalib etsin!

Çıxış edən tədbir iştirakçıları, Ali Baş Komandanımızın və Ordumuzu qəhraman hərbiçilərininin əldə etiyimiz ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu qəhraman hərbiçilərini və xalqımızı sevinclə ürəkdən təbrik etdilər!

Birləşmiş Millətlər Təşkilatı ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpuslarına və beynəlxalq təşkilatlarına Azərbaycan dövlətinə qarşı tutduqları mövqeylərinə əsasən müraciət hazılanaraq qəbil olundu.

Tədbirin sonunda konüllü olaraq Orduya yazılmış Əfqanstan və Qarabağ müharibəsinin xususi təyinnatlı veteranlarının cəbhəyə yola salınma mərasimi keçilərək onlara xeyir-dua edildi.

“Vətən Uğrunda Hərakat” İctimai Birliyinin Mətbuat xidməti.

Bakı şəhəri 09 oktyabr 2020-ci