İzmirdə zəlzələdə ölənlərin sayı 83-ə çatıb

154

İzmirdə zəlzələdən ölənlərin sayı 83-ə çatıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, 962 nəfər yaralıdan 219-u xəstəxanada müalicə olunur, onlardan 4-nün vəziyyəti ağırdır.

***

saat 09:16

İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib. Yaralı sayı isə 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.

İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.

Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.

***

07:10

İzmirdə zəlzələdən ölənlərin sayı 76 nəfərə çatıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 962 nəfərdən 743-ü evə buraxılıb, 219-u xəstəxana şəraitində müalicə olunur.

***

02 noyabr, saat 02:08

İzmirdə zəlzələdən ölənlərin sayı 73 nəfərə çatıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 961 nəfərdən 743-ü evə buraxılıb, 218-i xəstəxana şəraitində müalicə olunur.

***

23:10

İzmirdəki zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 949 nəfərdən 729 evə buraxılıb, 220-si xəstəxana şəraitində müalicə olunur.

***

21:27

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.

Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.