Qazi Elçin Səmədov əməliyyat olunmayıb

273

İkinci Qarabağ müharibəsində yaralanan Elçin Səmədov hələ ki, əməliyyat olunmayıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Trend-ə qazinin özü məlumat verib. Elçin Səmədovun sözlərinə görə, o, hələlik Bakıda hospitaldadır:

“Vəziyyətim yaxşıdır, Bakıda xəstəxanadayam. Əməliyyat olunmamışam, həkimlər bu barədə hələlik heç nə demirlər. Özüm də gözləyirəm”.

Qeyd edək ki, Qəbələ rayon İcra Hakimiyyətindən bir neçə gün öncə qazi Elçin Səmədovun Bakıya müayinə olunmaq üçün gətirildiyi bildirilib. Müayinələr uğurla yekunlaşarsa, onun əməliyyat olunacağı gözlənilir.