Putinin sözlərinə Kravçukdan cavab: Moskva geri çəkilir

184

Kiyev təmas qrupunda nəqliyyat və ya sosial məsələlər kimi təcili problemləri qaldırır, Moskva və qondarma respublika isə müzakirələrdən geri çəkilir və bu problemlərin həllini Donbasın siyasi statusu məsələsi ilə əlaqələndirir.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk çıxış edib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Ukraynanın münaqişənin siyasi həlli üçün heç bir şey etmədiyini bildirib.