Çin dünyada yeni soyuq müharibə başladacaq

171

Çinin artan gücü səbəbindən dünya yeni soyuq müharibəyə daxil ola bilər.

Sosialmedia.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt deyib.

“Çinin artan gücü dünyanı soyuq müharibəyə sürükləyə bilər ki, bu da ABŞ və SSRİ arasındakı müharibə ilə eyni olmayacaq. Pekin ABŞ-ın başçılıq etdiyi Qərbə qarşı bir koalisiya qurmaq üçün Rusiyanı qazana bilər”, – Qeyt bildirib.

Onun sözlərinə görə, Rusiya vacib blokdur və beynəlxalq aləmdə rol oynamaq arzusu olan böyük bir hərbi qüvvədir.