Oqtay Şirəliyevə vaksin vuruldu – Foto

164

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.

Sosialmedia.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.

O.Şirəliyev vaksinin kifayət qədər təhlükəsiz olduğunu bildirib:

“Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Vətəndaşlarımızı vaksinasiyaya qoşulmağa dəvət edirik”, – nazir bildirib.