Ağ Ev: ABŞ-a gəlmək vaxtı deyil!

192

Prezident Co Baydenin miqrasiya ilə bağlı qaydaların yumşaldılması yönündə qərarına baxmayaraq, əcnəbiləri ABŞ-a səfər etməkdən çəkinməyə çağırırıq.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Hələlik səfər təhlükəlidir. İndi ABŞ-a gəlmək vaxtı deyil. Bizə immiqrasiya prosesləri ilə bağlı addımlar atmaq üçün vaxt gərəkdir”, – deyə amerikalı rəsmi bildirib.