Eh Qoşqar, heyif… sən böyük qələbəmizi görmədin-Mətanət Əsgərqızı yazır

261

Hər zaman maraqlı paylaşımlarla gündəmdə olan müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı öz feysbuk səhifəsində bunları paylaşıb:

Düz bir ildi yoxsan QOŞQAR. Əsgər Ailələrinə Dəstək ictimai birliyi səninlə bağlı dəfələrlə ölkə rəhbərliyinə müraciət etdi.Sağ olsun Mehriban xanım,bank borcu və xaricdə müalicə məsələni anında həll etdi.Türkiyəyə göndərildin.İki bank borcun silindi.

Aylarla orada müalicə aldın.Vətənə dönəndə yenə bizim müraciətimiz və xanım Mehriban Əliyevanın tapşırığı ilə uzun müddət Silahlı Qüvvələrin baş Klinik Hospitalında müalicən davam etdi. Həmin zaman millət vəkili Qənirə Paşayeva anana və iki qardaşına sahib çıxaraq aylarla kirayə pullarını ödədi.Hər an yanınızda oldu. Dəfələrlə komaya düşsən də ümidim var idi ki, sağalacaqsan.Yanına gələndə ” Qoşqar , əməyimizi yerə vurma, dur, bizi sevindir” deyirdim.

Ən çox sevdiyin yemək yarpaq dolması idi.”Nə gətirim sənə?” deyəndə, asta səslə” bilirsən ” deyirdin. Dövlətimiz hər an sənə dəstək olurdu.Müasir tibb elminin nə yenilikləri var, sənə tətbiq olunurdu…

Eh Qoşqar, heyif… sən böyük qələbəmizi görmədin. Qardaşların torpaqlarımızı geri aldılar! Haqqını halal et.