Bakıda yanğın: xəsarət alan var

312

Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.