Paşinyan: Qasparyan qanun gücü ilə istefaya göndərildi

328

Ermənistan baş qərargah rəisi Onik Qasparyan qanunun gücü ilə vəzifəsindən azad edilib.

Sosialmedia.az xəbər verir ki, bu məlumatı Ermənistan baş naziri Nikol Paşinyan paylaşıb.

Qeyd edək ki, bundan öncə Ermənistan Prezidenti Armen Sərkisyan Paşinyanın Qasparyanın istefası ilə bağlı müraciətini Konstitusiya Məhkəməsinə göndərməkdən imtina edib. Bunun sayəsində ötən gün 18:00-dan etibarən Qasparyan vəzifəsindən avtomatik azad edilib. Bununla belə Qasparyan bununla bağlı heç bir məlumat yaymayıb və hələ də ofisini tərk etməyib.