Sabirabadda avtomobil qəzası baş verib

131

Sabirabadda avtomobil qəzası baş verib.

Sosialmedia.az APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul – Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonunun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Aftandil Vəli oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobil yoldan çıxararaq dəmir dirəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.