Rusiyanı bu cür bərpa etdik, Krımla isə… – Putin

173

Əsas mərhələ Rusiyanın mərkəzləşmiş vahid bir dövlət olaraq bərpasıdır.

Sosialmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin son iyirmi ili ölkənin bərpa olunmasında əsas mərhələ hesab edib:

“Təəssüf ki, 1990-cı illərin sonlarında çox təhlükəli bir xəttə gəldik. Şimali Qafqaz da daxil olmaqla, çox böyük bir terror təhdidi ilə qarşılaşan əsgərlər bu çətinliklərin öhdəsindən gələ bildi, ölkəni bərpa etdik, sonra iqtisadiyyatı canlandırdıq”.

Krım və Sevastopolun ələ keçirilməsindən danışan Putin bunun tarixi hadisə olduğunu və ölkəni içəridən gücləndirdiklərini qeyd edib.