Türkiyə erkən seçkilərə gedir? – Açıqlama

169

Hökumətin formalaşdırılması çətinliyi yoxdur. Seçkilər 2023-cü ildə keçiriləcək.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Siyasi və hüquqi məsələr üzrə müşaviri Hayati Yazıcı deyib.

“Türkiyənin növbədənkənar seçkilər keçirməsi üçün hər hansı səbəbi yoxdur. Hökumət fəaliyyətdədir, parlament işləyir. Yəni, növbədənkənar seçki ilə parlamentin strukturunun yenilənməsinə ehtiyac yoxdur. Seçkilər, inşallah, Konstitusiyada əksini tapdığı şəkildə, 2023-cü ildə baş tutacaq”, – deyə H.Yazıcı bildirib.

O, müxalifətin bu yöndə iddialarının əsassız və yalan olduğunu qeyd edib.