Qərb Rusiyanın əsəbləri ilə oynayır, Türkiyə narazıdır

216

Rusiya və Türkiyə Qərbin Qara dənizə döyüş gəmiləri göndərməsi planlarından narazıdır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Andrey Boldırev deyib.

“ABŞ və İngiltərənin burada məqsədi Qara dənizdə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməkdir. Daha əvvəl amerikalı general Ben Hoces “Qara dənizdə Rusiyanın əsəbləri ilə oynamalıyıq” çağırışı etmişdi. Məncə, bu ifadə Qərbin təbiətini göstərən ən yaxşı nümunədir. Belə təxribatlar heç də Ukrayna ilə həmrəylik göstəricisi deyil. Qərb Ukraynanı sadəcə maraqları üçün alət edir. Qərbin Rusiya ilə müxtəlif toqquşma ssenariləri var. Lakin daha çox bu provokasiyalar olacaq”, – deyə ekspert bildirib.

Boldırev əlavə edib ki, Qərbin provokasiyaları Rusiya və Türkiyə tərəfindən qarşılıqsız qalmayacaq:

“Moskva bu təxribatlara reaksiya vermək məcburiyyətindədir və bu, birmənalı olacaq. Ankaraya gəlincə, hər hansı addım atmaqdan çəkinəcək və daha çox özünü narazı izləyici rolu ilə məhdudlaşdıracaq”.