Saxta peyvənd kartından istifadə edənlərə xəbərdarlıq

370

Almaniyanın ədliyyə naziri Kristin Lambreçt peyvənd kartları (yaxud pasport) ilə bağlı saxtakarlıq edənlərə xəbərdarlıq edib.

Sosialmedia.az Axar.az-a istinadən məlumatına görə, nazir bildirib ki, burada dələduzluq edənlər insanları riskə məruz qoyur və effektiv mübarizənin qarşısını alır.

“Bu, önəmsiz cinayət deyil. Cərimə, yaxud həbs cəzası ilə nəticələnə bilər”, – deyə Lambreçt bildirib.

Qeyd edək ki, Almaniyada koronavirusa qarşı tam peyvəndlənən insanlar üçün müəyyən məhdudiyyətlər aradan qaldırılıb.