Alpinistlərin evindən oğurluq etdiyi şəxs görün kim imiş

509

Bakıda məzilimdən 60 min manata yaxın oğurluq edilib. Hadisə 2019-cu ildə olub.

Sosialmedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.

“Hadisə ilə bağlı polis əməkdaşlarına müraciət etmişəm və hazırda araşdırma aparılır. Şişirdilmiş rəqəmlər çoxdur. O qədər pulu heç kəs evində saxlamaz. Evimdən 60 minə yaxın oğuruq edilib”, – o bildirib.

Qeyd edək ki, C.İsayevin evindən oğurluğu paytaxt sakinləri – Cavid Süleymanov və Əhməd Əhmədov edib. Mayın 20-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki şəxs saxlanılıb.

Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.