Rusiyada 12 yaşdan yuxarı yeniyetmələrin vaksinasiyası planlaşdırılır

199

Rusiyalı mütəxəssislər 12 yaşdan yuxarı yeniyetmələrin koronavirus əleyhinə vaksinasiyası məsələsini nəzərdən keçirirlər.

Sosialmedia.az bildirir ki, “RİA Novosti” bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşkonun açıqlamasına istinadla məlumat yayıb.

“İndi 12 yaşından yuxarı şəxlərə bir sıra peyvəndlərin icazə verilməsini nəzərdən keçiririk. Təhlükəsizlik və effektivlik üçün Rusiya peyvəndlərinin klinik tədqiqat protokolunu hazırladıq, düşünürəm ki, yaxın gələcəkdə sınaqlara başlayacağıq”, – deyə Muraşko bildirib.