Türkiyə səfiri Gəncəyə getdi

182

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Gəncə şəhərində səfərdədir.

Sosialmedia.az xəbər verir ki, səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Daha sonra səfir Şəhidlər Xiyabanı və Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlərlə hədəf alınan əraziləri ziyarət edib.

Qeyd edək ki, bu, Cahid Bağçının Gəncəyə ilk səfəridir.