Əliyev Tacikistana rəsmi səfərə dəvət edildi

214

Tacikistanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Sosialmedia.az xəbər verir ki, dəvət iyulun 12-də Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.