FHN-çilərimiz Türkiyədə yanğın bölgəsində – Video

274

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb.

Sosialmedia.az xəbər verir ki, hazırda FHN-in yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır.