Küləyin dağıtdığı şəhid məzarları ilə bağlı – Açıqlama

154

Suraxanı rayonunda Dədə Qorqud qəsəbə qəbiristanlığında külək nəticəsində dağılan şəhid məzarları tezliklə bərpa olunacaq.

Sosialmedia.az xəbər verir ki, bunu Trend-ə Zığ bələdiyyəsinin sədri Emil Quliyev deyib.

“Həmin ərazi çox küləkli olur. Gecə baş verən güclü külək nəticəsində iki şəhid məzarında baş daşları aşıb. Məzarların bərpası ilə bağlı tədbirlər görülür. Qısa bir zaman ərzində yeni baş daşları qoyulacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə dağılan şəhid məzarlarının fotoları paylaşılıb.