YAŞAT şəffaflığı: hamı hər şeyi izləyə bilər – Video

169

YAŞAT Fondunun hesabatlılığı ən yüksək səviyyədədir. Vətəndaşlar hesabatlar və ödənilmiş ianələr haqqında məlumat almaq üçün yashat.gov.az saytına daxil ola bilərlər. Vəsaitlərin xərclənməsi haqqında geniş məlumatın əks olunduğu “Hesabatlar” bölməsində dəstək göstərilənlər, xərclənmiş vəsaitlər və edilən ianələr haqqında ətraflı hesabatlar yerləşdirilib. Bu bölmənin “Adlı siyahı” altbölməsində ödəniş edilmiş şəxslərin ad, soyad, ata adı, ailə üzvünün qohumluq dərəcəsi, ödənişin məbləğı, ünvanı, xərc istiqaməti və s. məlumatlar əks olunur. Həmçinin həmin bölmədə ödənişə dair foto və videokeçidlər yerləşdirilib.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev YAŞAT Fondunun hesabatlılığı barədə danışarkən deyib.

“Yalnız Azərbaycandan deyil, dünyanın dörd bir yanından sözügedən portala daxil olmaqla hər kəs Fondun xərclənən vəsaitləri ilə tanış ola bilər. Bəzən sosial şəbəkələrdə YAŞAT-ın hansısa vətəndaşa indiyə qədər köməklik etməməsi və ya niyə etməməsi ilə bağlı məlumatlar paylaşılır. Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər YAŞAT Fondu tərəfindən qarşılanır. Fərmanla YAŞAT Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində işlər görür”, – E.Niftəliyev bildirib.

Qeyd edək ki, YAŞAT Fondunun hesabatları və ödənilmiş ianələrlə bağlı məlumat almaq üçün bu linkə daxil olmalısınız.