Ermənistan və Rusiya sərhəddəki vəziyyəti müzakirə etdi

112

Ermənistan müdafiə naziri Suren Papikyan və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində növbəti dəfə təxribatlar törədib. Təxribatlar nəticəsində Ordumuzun iki hərbçisi yaralanıb.